Telefonda məlumatların nüsxəsini çıxartmaq və bərpa etmək
Qəzalar qaçılmazdan. Buna görə də, parametr və məzmununuzun Microsoft hesabında nüsxəsini
çıxardın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
110
Telefonunuzun nüsxəsini çıxartmaq üçün sizə Microsoft hesabı lazımdır. Telefonunuzu proqramlar
siyahısını, parametrləri, mətn mesajlarını, fotoșəkilləri və videoların nüsxəsinin çıxartmasını qura
bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və Parametrlər > Ehtiyat nüsxə vurun.
2. Tələb olunduqda Microsoft hesabınıza daxil olun.
3. Nəyin və necə nüsxəsinin çıxarılmalı olduğunu seçin.
Yüklədiyiniz proqramlar ehtiyat nüsxəyə daxil edilməyə bilər, lakin proqramlar mövcud olduğu
təqdirdə onları yenidən Mağazadan yükləyə bilərsiniz. Məlumat ötürülməsi tarifləri tətbiq oluna bilər.
Əlavə məlumat üçün șəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
Videoları və ən keyfiyyətli fotoșəkillərin nüsxəsini çəxartmaq üçün sizə Wi-Fi bağlantısı lazımdır.
Musiqi kimi digər tərkibin nüsxəsini çıxartmaq üçün iș masası üçün Windows Phone proqramından və
ya Windows Explorer istifadə edin.
Parametrlərinizi və ya nüsxəsini çıxartdığınız digər məzmunu nə vaxtsa telefonda bərpa etməniz lazım
olacaqsa, Microsoft hesabınızı yeni telefonunuza əlavə edin və telefonda göstərilən təlimatlara əməl
edin.