Nokia Lumia 1020 - Müəllif hüquqları və digər bildirişlər

background image

Müəllif hüquqları və digər bildirişlər

UYĞUNLUQ BƏYANNAMƏSİ

Bununla, NOKIA CORPORATION bildirir ki, bu RM-875 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və digər müvafiq

göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini www.nokia.com/global/declaration/declaration-of-conformity

ünvanından əldə etmək olar.
Məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Ətraflı məlumat almaq üçün Nokia

dileri və ya xidmət təminatçınız ilə əlaqə saxlayın. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına tabe olan əşya,

hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.
Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı

və ya mətninə dair heç bir birbaşa və ya dolayı zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və

xüsusi məqsədlər üçün yararlığına dair dolayı zəmanət verilmir. Nokia istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi

dəyişdirmək və ya istifadədən çıxartmaq hüququna malikdir.
Müvafiq qanunvericilikdə icazə verilən maksimum dərəcədə Nokia, ya da ona lisenziya verən hər-hansı məlumatın və ya gəlirin

itməsi və ya hər-hansı xüsusi, təsadüfi, əhəmiyyətli, və ya dolayı yolla vurulan ziyanlara görə heç bir məsuliyyət daşımır.
Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qisminin

və ya tam surətinin çıxarılması, köçürülməsi və ya paylaşdırılması qadağan edilir. Nokia daimi inkişaf siyasətini tətbiq edir. Nokia

bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna

malikdir.
Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç

bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın olduğu kimi təqdim edildiyini qəbul

edirsiniz. Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi

ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır.
Xəritələr, oyunlar, musiqi və videolar yüklənməsi və videolar və şəkillər göndərilməsi böyük həcmdə məlumat ötürülməsinə səbəb

ola bilər. Xidmət təminatçınız məlumatın ötürülməsi ilə bağlı tarif tətbiq edə bilər. Bəzi məhsulların, xidmətlərin və funksiyaların

işləməsi regionlara görə dəyişə bilər. Xahiş olunur ki, əlavə məlumat üçün və dil seçiminin mövcudluğu ilə bağlı yerli NOKİA

dilerinizə müraciət edəsiniz.
FCC BİLDİRİŞİ
Bu cihaz FƏN qaydalarının 15 bəndinə uyğundur. Əməliyyat aşağıdakı iki şərtə cavab verir: (1) Bu cihaz ziyanlı əngələ səbəb olmur

və (2) bu cihaz arzuolunmaz əməliyyat yarada biləcək əngəl də daxil olmaqla, hər-hansı bir alınmış əngəli qəbul etməlidir. Nokia

tərəfindən icazə verilməmiş hər-hansı bir dəyişiklik, və ya modifikasiya istifadəçini bu cihazı işlətmək hüququndan məhrum edə

bilər.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

125

background image

Qeyd: Bu avadanlıq sınaqdan keçirilib və FCC Qaydalarının 15-ci bəndinə müvafiq olaraq Class B rəqəmsal cihazın tələblərinə

uyğundur. Bu tələblər yerli quraşdırılma zamanı ziyanlı əngəllərin qarşı əsaslı qoruma təmin etmək üçün planlaşdırılıb. Təlimatlara

uyğun quraşdırılmasa və istifadə olunmasa, bu avadanlıq radio tezlik enerjisi yaradır, istifadə edir və yaya bilər və radio əlaqələrə

ziyanlı əngəl yarada bilər. Lakin, əngəlin müəyyən bir quraşdırılma zamanı yaranmayacağına təminat verilmir. Əgər bu avadanlıq

onu söndürüb və yandırmaqla təyin edilə bilən radio və ya televiziya qəbulu üçün ziyanlı əngəl yaradarsa, istifadəçi aşağıdakı

tədbirlərdən biri və ya bir neçəsi ilə əngəli aradan qaldırmağa cəhd edə bilər:

Qəbuledici antennanın səmtini və ya yerini dəyişin.

Avadanlıq və qəbuledici arasındakı məsafəni artırın.

Avadanlığı qəbuledicinin qoşulduğu rozetkadan fərqli rozetkaya qoşun.

Kömək üçün diler və ya təcrübəli radio/TV texnikinə müraciət edin.

TM & © 2013 Nokia. Bütün hüquqlar qorunur. Üçüncü tərəf məhsullar/adlar müvafiq sahiblərinin ticarət nişanları ola bilər.
© 2013 Microsoft Corporation. All rights reserved. Microsoft, Windows and the Windows logo are trademarks of the Microsoft

group of companies.
The Bluetooth word mark and logos are owned by the Bluetooth SIG, Inc. and any use of such marks by Nokia is under license.
Dolby is a trademark of Dolby Laboratories.
Dolby and the double-D symbol are trademarks of Dolby Laboratories.
Bu məhsul MPEG-4 Vizual Patent Portfel Lisenziyası əsasında (i) MPEG-4 Vizual Standarta əsasən şifrələnmiş məlumatın şəxsi və

ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istehlakçının şəxsi və ya qeyri-ticari xarakterli istifadəsi və (ii) lisenziyalı video

provayderi tərəfindən təqdim edilmiş MPEG-4 videodan istifadə üçün lisenziya verilib. Başqa heç bir istifadə üçün lisenziya verilmir

və ya tətbiq edilmir. Təbliğat, daxili və kommersiya məqsədli istifadə ilə bağlı ətraflı məlumat MPEG LA, LLC-dən əldə edilə bilər.

Baxın: www.mpegla.com.
The ‘Qi’ symbol is a trademark of the Wireless Power Consortium.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

126