Kamera üzrə ipucları
Nokia Pro Camera-dan tam șəkildə faydalanmaq istəyirsiniz? Bu məsləhətləti gözdən keçirin və
yüksək rezolyusiyali kamera haqqında ətraflı öyrənin.
• Telefonunuz kilidli olduqda tez kameranı yandırmaq üçün bir-iki saniyə kamera düyməsini basıb
saxlayın.
• Kameradan təxminən bir dəqiqə istifadə etməsəniz, o, sönəcək. Kameranı yandırmaq üçün
işəsalma düyməsini basın və ekran kilidini açın.
• Kameradan video rejiminə keçmək üçün vurun:
.
• Sadəcə bir barmağınızla Nokia Pro Camera miqyası dəyișə bilərsiniz. Miqyası böyütmək üçün yuxarı
sürüșdürün və miqyası kiçiltmək üçün așağı sürüșdürün.
• Çəkdiyiniz şəkillərə baxmaq üçün ekranın yuxarı sol küncündə vurun.
• Kameranı xüsusi bir obyektə fokuslamaq üçün ekranda obyektə vurun.
• Ekranı ən yaxşı şəkildə görmək üçün işıq sensorunun üzərini tutmayın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
66