Nokia Lumia 1020 - Şəkil çəkmək

background image

Şəkil çəkmək
Dəqiq və canlı şəkillər çəkin – ən yaxşı anlarınızı şəkil albomunuzda saxlayın.
1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.

2. Miqyası böyütmək üçün yuxarı sürüşdürün və miqyası kiçiltmək üçün aşağı sürüşdürün.

3. Fokusa almaq üçün kamera düyməsini yarısına qədər basıb saxlayın.

4. Şəkil çəkmək üçün kamera düyməsini axıra qədər basın.

İşarə:Ani dərhal çəkmək istəyirsiniz? Telefon kilidli olduqda kameranı yandırmaq üçün bir-iki

saniyə kamera düyməsini basıb saxlayın.

Fotokameranın işığını təhlükəsiz məsafədə istifadə edin. İşığı insanların və ya heyvanların üzərində

yaxın məsafədə istifadə etməyin. Şəkil çəkərkən flaşın üstünü örtməyin.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

63

background image

Şəkilə tam rezolyusiyalı görünüşdə baxın və çərçivələyin

İndicə çəkdiyiniz şəkilə baxmaq və onu çərçivələmək üçün yaxınlığındakı dairəvi rəsmcik işarəsinə

vurun. Bu tam rezolyusiyalı şəkilə yalnız Nokia Pro Camera-da baxmaq olar. Məsələn, Şəkillər

mərkəzində şəkilin paylaşmaq üçün asan versiyasından (5MP) istifadə edilir.