Oyunlar
Əylənmək istəyirsiniz? Telefonunuza oyunlar yükləmək və oynamaqla əylənin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
94
Oyunları yükləmək
Yolda olarkən Mağazadan teelfonunuz üçün yeni oyunlar əldə edin.
1. Oyunlar > Əlavə oyunlar əldə edin vurun.
2. Mağazada olan seçimə baxın və istədiyiniz oyuna vurun.
3. Pulsuz oyun yükləmək üçün Quraşdır vurun.
4. Oyunu pulsuz sınaqdan keçirmək üçün Cəhd et vurun.
5. Oyunu satın almaq üçün Al vurun.
Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən asılıdır.
Oyun oynamaq
Telefonunuzda oyun oynamaq əsl sosial təcrübədir. Microsoft-un oyun xidməti Xbox dostlarınızla
oyun oynamağa və oyun hesablarını və nailiyyətlərini izləmək üçün oyun profilinizdən istifadə etməyə
imkan verir. İndi siz onlayn, Xbox konsolunda və ya Oyunlar mərkəzi vasitəsilə telefonunuzda oyun
oynaya bilərsiniz.
Vurun: Oyunlar.
Kolleksiya seçiminə vurun və oyunu seçin. Xbox oyunursa, Xbox hesabınıza daxil olun. Hələ hesabınız
yoxdursa, hesab yarada bilərsiniz. Xbox bütün ərazilərdə mümkün olmaya bilər.
İşarə:Həmçinin sevimli oyunlarınızı başlanğıc ekranına əlavə edə bilərsiniz. Kolleksiya
görünüşündə oyuna vurub saxlayın və Başlanğıca daxil et vurun.